Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


30.11.2019  13:26 

Jurnalistlərin binasına görə 5 nömrəli marşrutun yolu dəyişdi





A+  A-

Bibiheybət yolunda baş vermiş torpaq sürüşmənin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
XəzərNews.az-a daxil olan məlumata görə, dəyişikliyə əsasən 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali neft məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.

Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.

Xəbər 1840 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +