Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı
Dövlət qurumlarının qaynar xətlərini “isti vurub”? - Video
Minaya düşən hərbçi ilə bağlı məlumat... - Rəsmi
Aida Tağızadə vəfat etdi
Təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Avtomobil nömrələrini gizlədənlərə xəbərdarlıq
Ağalarovlar ailəsinə qarşı cinayət işi başlana bilər
“Azərterminalkompleks“ Birliyində ixtisarlar başlayır


05.08.2025  12:22 

AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA





A+  A-

"Hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və satışda yalnız biznes sinif yerləri qalıb. Elə bu səbəbdən qiymətlərin kəskin artması təəssüratı yaranır. Halbuki ekonom və biznes sinif arasında olan fərq beynəlxalq aviasiya praktikasında qəbul olunmuş standartdır".

XəzərNews.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tbilisiyə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır:

"Buna görə də biz sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edirik. Bu cür yanaşma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də yalnız bahalı siniflərin qaldığı hallardan yayınmağa kömək edir.

Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.

Qeyd edək ki, dünən AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı barədə məlumat yayılıb.

Xəzər TV-nin məlumatına görə, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.

Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?

Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.

Ətraflı süjetdə:



Xəbər 267 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +