Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


23.01.2020  17:20 

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə yaydığı məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində xüsusi iş rejimi tətbiq olunacaq.
Bu barədə XəzərNews.az-a Birliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Birliyin rəhbərliyi tərəfindən bu məsələyə dair bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilib:

“Əmək normaları çərçivəsində istehsalatda işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi diqqətə çatdırılıb. Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq”.

“Abonentlərdən xahiş olunur ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 Çağrı mərkəzinə zəng edə bilərlər. Eləcə də (+99477) 3 104 104 saylı operativ whatsapp nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur”,-deyə rəsmi məlumatda qeyd edilib.

Xəbər 3143 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +