Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.09.2019  16:19 

Paşinyan Trampla görüş arzusunu reallaşdıra biləcək?





A+  A-

Ermənistanın Baş Naziri Nikol Paşinyanın uzun müddətdir ABŞ Prezidenti Donald Trampla gerçəkləşməsini gözlədiyi görüşü baş tutacaq.
XəzərNews.az-ın “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş Naziri Zöhrab Mnatsakanyan Yerevanda keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, görüşün dəqiq tarixini açıqlamasa da, Paşinyanın sentyabrın sonlarında ABŞ-a rəsmi səfər edərək orada BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməyi planlaşdırdığını bildirib.

Mnatsakanyanın sözlərinə görə, Ermənistanın Baş naziri ilə ABŞ prezidenti arasında görüşün təşkili Xarici İşlər Nazirliyinin gündəmində olan məsələlərdən biridir və şöbə hazırda bunun üzərində işləyir.

Bununla yanaşı, nazir Ermənistan-Amerika dialoqunun aktiv olduğunu və hakimiyyət rəhbərinin amerikalı həmkarına hər hansı məlumatı çatdırmaq prosesində heç bir çətinlik yaşamadığını sözlərinə əlavə edib: “Aramızda ünsiyyət və müzakirə çətinliyi yoxdur”.

Qeyd edək ki, Ermənistanın yeni hökuməti ABŞ rəhbərliyi ilə hələ də görüş keçirə bilməyib. Belə ki, nə N. Paşinyan-D. Tramp, nə də Z. Mnatsakanyan-Mayk Pompeo görüşü baş tutmayıb.

Xəbər 3060 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +