Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.11.2017  16:49 

Azərbaycanda BİABIRÇILIQ - Direktor 12 yaşlı məktəblini otağına salıb ...





A+  A-

Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi üz çıxıb.
XəzərNews.az xəbər verir ki, bu haqda istipress.com saytı bildirir.

İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31-də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə edilən məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.

Xaçmaz İcra başçısının Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.

Polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır.

Xəbər 3726 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +