Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


28.10.2025  11:00 

Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır





A+  A-

Öncə həbsi, daha sonra “ev dustaqlığı” ilə gündəmə gələn Gömrüyün “boz kardinalı” kimi tanınan Əbülfəz Məlikovun adı yenidən gündəm olub.

Uzun illər gömrük sistemindəki boşluqlardan yararlanaraq böyük sərvət toplayan “Broker Əbülfəz”in fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.

"Bizimxeber" bildirir ki, 2024-cü ildə məlum olmuşdu ki, Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes strukturlarını Türkiyəyə, xüsusən də İstanbul şəhərinə köçürüb. Onun qida, turizm və otelçilik sahələrində fəaliyyət göstərəcək milyonlarla manatlıq şirkətlərə sahib olduğu, həmçinin Bodrumda bahalı istirahət mərkəzi olduğu bildirilirdi.

Hazırda Türkiyədə yaşayan Məlikova bu prosesdə Dövlət Gömrük Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin sabiq vəzifəli şəxslərinin dəstək verdiyi iddia olunur. Onun şərikləri arasında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin adı da çəkilir.

Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumu sayılır. Əhədpur isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır. Məlumatlara görə, Məlikovun Rusiyada da geniş biznes əlaqələri mövcuddur.

Son günlər ölkədə ətin bahalaşması, AQTA tərəfindən aparılan kütləvi yoxlamalar, cərimələrin artması və dabaq xəstəliyinin yayılması fonunda yeni proseslərin baş verdiyi müşahidə olunur. Məlumatlara əsasən, ölkəyə gətirilən iri sayda diri heyvan tədarükü yenidən Əbülfəz Məlikovun nəzarətinə qayıdıb.

Bütün bunlar “Broker Əbülfəz”in yenidən səhnəyə qayıtdığını göstərir. Ət bazarında baş verən xaos və qiymət artımı, görünür, onun köhnə “sistemdəki” gücünü bərpa etdiyinin ilk əlamətləridir. Belə görünür ki, Əbülfəz Məlikovun ətrafında formalaşan “köhnə mexanizm” yenidən işə düşməkdədir.

Xəbər 373 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +