Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


07.11.2017  16:53 

Bayraq Meydanı 9 noyabrda bayraqsız qalacaq





A+  A-

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb.
Meydanın təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Bu il yaradılmasının 10 illiyi qeyd olunacaq Meydanda asılan bayrağın müəmmalı şəkildə sökülməsinə hələ də aydınlıq gətirən yoxdur. Görünən odur ki, Bayraq Günündə də bayraq yerinə asılmayacaq.

XəzərNews.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az-a deyib ki, bu gün qurum tərəfindən Bakı Biznes Mərkəzində Bayraq Gününə həsr olunmuş böyük elmi seminar keçirilib:

“Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir. Bu gün Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” mövzusunda elmi seminar təşkil olundu. Tədbirdə ölkənin tanınmış alimləri, nazir müavinləri, bir çox rayon icra başçısı iştirak edirdi”.

N.Məcidov bildirib ki, Bayraq Meydanındakı bayrağın 9 noyabrda asılması nəzərdə tutulmayıb:

“Təmir-bərpa işləri davam edir. İşlərin yekunlşacağı vaxt barədə dəqiq məlumat yoxdur. Həm də biz bayraq gününü bu gün Bakı Biznes Mərkəzində qeyd etdik”.

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.

Xəbər 3252 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +