MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


03.11.2025  11:57 

Tramp: Dünyanı 150 dəfə partlatmaq üçün nüvə silahımız var





A+  A-

ABŞ prezidenti Donald Tramp noyabrın 2-də CBS News telekanalına müsahibəsində ölkəsinin dünyanın ən böyük nüvə silahı ehtiyatına malik olduğunu deyib.

XəzərNews.az xəbər verir ki, D.Tramp dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahlarının olduğunu bildirib. O, nüvə silahı ehtiyatında Rusiyanın ikinci yerdə olduğunu, Çinin də tezliklə çoxlarına sahib olacağını qeyd edib.

Amerika prezidenti əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə nüvəsizləşdirməni müzakirə edib.

O, iddia edib ki, digər dövlətlər - Rusiya, Çin, Şimali Koreya və Pakistan nüvə sınaqları keçirirlər, baxmayaraq ki, onlar bunu rəsmən təkzib etsələr də, bu barədə yazacaq müxbirləri yoxdur. Onun fikrincə, ABŞ silahlarını sınaqdan keçirməyən yeganə ölkə olaraq qalmamalıdır.

Tramp vurğulayıb ki, ilk prezidentlik dövründə ABŞ ordusunu tamamilə yenidən qurdu.



Xəbər 1397 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +