Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


25.09.2025  12:47 

Hansı məmurun Dubayda villası yoxdur?





A+  A-

Deyir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb. Sən demə cənab Əhmədzadənin Dubayda da bahalı ev-eşiyi varmış. Təsəvvür edə bilirsizmi?...

DTX guya həbsdən əvvəl bunu bilmirdi. Mən əminəm ki, DTX-in əlində xaricdə bahalı ev-eşiyi, villası, biznes kompaniyaları olan hər bir kəs haqqında kifayət qədər detallı məlumat var. Heç şübhəsiz ki, cənab prezident də bu yaramazlıqlardan yaxşı xəbərdardır. Problem ondadır ki, Azərbaycan iqtidarı ölkəni başına alan total korrupsiyaya və rüşvətxorluğa normal baxır, hətta bütün vasitələrlə onu himayə edir.

Mən soruşuram: Hazırda yüksək vəzifədə olan hansı məmurun Dubayda villası yoxdur? Belə birisi olsa, YAP-çılar onu lağlağı obyektinə çevirər...

Azərbaycanda belədir: Əgər sən vəzifə başındasansa, oğurladıqlarının hamısı ana südü kimi sənə halaldır. Qulağından tutub vəzifədən atdılarsa, deməli, sən alçağın alçağısan. Sənə aid olmayan cinayətləri də sənin ayağına yazacaqlar...

Məsələn, dünənə kimi Adnan Əhmədzadənin bütün oğurluqları təqdir olunurdu, indi isə o, cümlə xəyanətlərə bais olan İblis qismində xalqa tanıdılır. Qaqaş sabah bəraət alsa, yenidən kristal oğlan kimi öz fəaliyyətini davam etdirəcək...

Azərbaycanda uşağa, şəhid ailəsinə, qaziyə, kasıba, ağır xroniki xəstələrə, sosial yardıma ehtiyacı olan tənha analara, xaricdə təhsil alan tələbələrə... yardım etmək üçün pul tapılmır. Ancaq bizim gülməşəkər məmurlarımız ərəb şeyxləri kimi kef edirlər. Dövran onlarındır...

O da maraqlıdır ki, belələri həbsxanaya düşəndə Quran oxumağa başlayırlar. Nə sirdirsə, dörd divar arasında onların yadına düşür ki, Allah da varmış. Və yeri-göyü xəlq edən Allah kasıbın haqqını yeyən zalımlara nifrət edirmiş...

Ən pisi odur ki, Allahsız məmurların total istismarı altında olan ölkədə yaşayırıq. Belə bir məmləkətdə yaşamaq zorunda qalan insanların təbii ki, günü ah-vayla keçər...

Elbəyi Həsənli
Sürix


Xəbər 5344 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +