Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


17.11.2025  17:29 

Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO





A+  A-

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər - Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə Vatsap mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər.

Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib.

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.

Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik.



Xəbər 1456 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +