Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


01.03.2018  13:17 

Nazirin dayısı oğlu həbs olundu - Adam güllələyib





A+  A-

Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünü açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.

Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, ayağından güllə yarası alan Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb. 2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

Mediada yayılan məlumatlara görə, Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur.

Xəbər 3140 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +