Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


05.11.2025  19:01 

“2020-də 44 gün” adlı kitabın rəssamı danışdı: Sonsuzluq nişanı...





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirildi. Təqdimatda diqqət çəkən və iştirakçıların marağına səbəb olan məqamlardan biri də kitabın üz qabığının dizaynı ilə bağlı oldu.

Bu barədə XəzərNews.az-a danışan dizaynın müəllifi, tanınmış rəssam Aygül Cəfərova bildirib ki, belə bir təklifi alanda qürur hissi keçirib. Uzun müddət ailəsi ilə birgə Ukraynada yaşadığını diqqətə çatdıran A.Cəfərova müəllifin də ukraynalı olduğunu nəzərə alaraq kitabın üz qabığını hazırlayanda çətinlik çəkmədiyini, onun nə istədiyini bildiyini vurğulayıb.

“Bu həm də bizim şanlı tariximizdir. Mütləq keçmişlə gələcək simvolizə olunmalı idi. Elə də etdik, kitabının üz qabığı xüsusi bədii və simvolik məna daşıyır. Təqdimat zamanı da bu rəmzi tərtibatın mahiyyətini izah edərək qeyd etdim ki, üz qabığında təsvir olunan sonsuzluq nişanı iki reallığın - müharibənin ağrısı və qələbənin işığı vəhdətini əks etdirir”, - deyən rəssamın fikrincə, sonsuzluq nişanının bir tərəfi müharibənin başlanğıcını, yəni qaranlığı, dağıntıları, xalqın keçdiyi ağrılı yolu və şəhidlərin fədakarlığını simvolizə edirsə, digər tərəfi dirçəlişin, azadlığın və Zəfərin təcəssümüdür.

A.Cəfərova qeyd edib ki, bu qarşılıqlı harmoniya, faciə ilə qürurun, itki ilə ümidi, keçmişlə gələcəyin əlaqəsini bədii şəkildə bir araya gətirir: “Kitabın üz qabığı sadəcə estetik bir tərtibat deyil, həm də milli yaddaşın və kollektiv emosional təcrübənin vizual ifadəsidir. Bu dizayn müharibə və qələbə mövzularının yalnız xronoloji deyil, həm də fəlsəfi və mənəvi səviyyədə dərk edilməsinə xidmət edir”.

Qeyd edək ki, Aygül Cəfərovanın yaradıcı yanaşması göstərir ki, sənət təkcə hadisəni təsvir etmir, eyni zamanda ona xüsusi anlam qatır və yaddaşlarda dərin iz buraxır. “2020-də 44 gün” kitabının üz qabığı da məhz bu funksiyanı yerinə yetirərək oxucunu həm düşünməyə, həm də xatırlamağa dəvət edir.




Xəbər 2291 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +