Bakı-Quba yolunda qəzanın - VİDEOSU
Narkotikin təsiri altında avtobus sürən saxlanıldı
Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək


29.09.2025  13:52 

“EuroHome“da qalmaqalı: Azay Möhnətov icarədarları aldatmaqda ittiham olunur





A+  A-

"EuroHome" inşaat materialları bazarında kompensasiya qalmaqalı yaşanır.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, "EuroHome"un sahibi Azay Möhnətov 2019-cu ildə bazarda baş vermiş yanğına görə bəzi icarədarların kompensasiyasını ödəməyib.

İddialara görə, Azay Möhnətov onlara kompensasiya ödəniləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıb. Məlumatda bildirilir ki, icarədarlar indiyədək Azay Möhnətovun vədlərinə inanaraq susub. Amma artıq onlar bazar sahibi barədə şikayət etmək qərarına gəliblər.

Məlumat üçün deyək ki, bazarda baş vermiş yanğından sonra icarədarlar kompensasiya tələbi ilə Bakı-Sumqayıt yolunu bağlamışdı. Həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev icarədarlarla görüşmüşdü. Görüşdə əsas müzakirə mövzusu kompensasiya məsələsi olmuşdu.

Qaynarinfo-nun aradırması nəticəsində məlum olub ki, kompensasiya almayan icarədarlardan biri də Rafiq Ocaqverdiyevdir. Onun bazarda elektrik materiallarının satışını həyata keçirən mağazası olub. Bildirilir ki, yanğın zamanı Rafiq Ocaqverdiyevə 200 000 manatdan çox ziyan dəyib.

Azay Möhnətov ona dəymiş ziyanın ödəniləcəyini vəd edib. Bazar sahibi hətta dövlət qurumlarında keçirilən görüşlərdə də bununla bağlı söz verib. Lakin 6 il keçməsinə baxmayaraq, hələ də adıçəkilən icarədara kompensasiya ödənilməyib.

Rafiq Ocaqverdiyev isə artıq susmaq niyyətində deyil. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan, sahibkarlıq fəaliyyətindən əvvəl bir sıra vəzifələrdə çalışan, məntəqə sədri kimi seçki prosesində hakim partiyanı təmsil edən Rafiq Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib.



Əməkdaşımız bu məlumatları dəqiqləşdirmək üçün Rafiq Ocaqverdiyevin özü ilə də danışıb. İcarədar deyilənləri təsdiqləyib. O, əlavə edib ki, Azay Möhnətov artıq 6 ildir ona kompensasiya ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir. Əvvəl guya icarə haqqında güzəşt etdi. Bizdən icarə haqqı almadı. Bu bir il çəkdi. Bir ildən sonra isə icarə haqqını iki dəfə artırdı. Bununla da öz ziyanını kompensasiya etdi. Amma bizim kompensasiyamızı hələ də ödəmir.

Azay Möhnətov dəfələrlə mənə bildirib ki, kompensasiya ödəniləcək. Hər dəfə də bir bəhanə ilə verdiyi vədi yerinə yetirməkdən yayınıb. Təsəvvür edin, borc ödəməkdən cana doymuşuq. Mənim səhhətimdə problem yaranıb. Bir dəfə infarkt keçirmişəm. Amma bütün bunlar Azay Möhnətovun vecinə deyil. Ona görə də qərara gəldim ki, məsələ barədə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edim".

Rafiq Ocaqverdiyev 2019-cu ildə baş vermiş yanğın hadisəsinə diqqət çəkərək bildirib ki, baş verənlərdə bilavasitə bazarın rəhbərliyi təqsirkardır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyinə ciddi riayət olunmaması yanğının geniş miqyaslı olmasını şərtləndirib. "Bu səhlənkarlıqdan ziyan çəkən, kredit, borc ödəyən bizik. Mən Azay Möhnətovdan artıq pul istəmirəm. Mənə dəymiş ziyanı tələbi edirəm. Bazarda hər kəs də bilir ki, mənə 200 000 manatdan artıq ziyan dəyib", deyə Rafiq Ocaqverdiyev vurğulayıb.

Onun sözlərinə görə, artıq bazarda mağazasını bağlayıb. "Borclara görə işləmək mümkün deyil. İflas həddində olduğumuz üçün mağazanı bağlamaq qərarına gəldik. Beləliklə, neçə ailə çörəkdən məhrum oldu. Azay Möhnətov öz əməlləri ilə faktiki olaraq sahibkarlıq fəaliyyətinə zərbə vurur. Halbuki ölkə rəhbərliyinin yürütdüyü siyasətdə sahibkarlığın inkişafı əsas yer tutur", deyə Rafiq Ocaqverdiyev bildirib.

İcarədar sonda deyib ki, etdiyi müraciətlərin nəticəsi olacaq:

"Azərbaycan hüquqi dövlətdir. İnanıram ki, müraciətlərimin bir nəticəsi olacaq. Ola bilər ki, Azay Möhnətov imkanlarına güvənir. Mən isə dövlətə və qanuna güvənirəm".

Xəbər 2610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +