Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


12.12.2023  15:08 

Uşaq bağçasında yanğın: 41 uşaq təxliyə edilib





A+  A-

Paytaxtın Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

Xəzərnews.az xəbər verir ki, hadisə haqda FHN də məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.



Xəbər 3175 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +