Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


19.05.2023  11:47 

Əkin sahələri niyə azalıb?





A+  A-

Ölkə ərzaq təhlükəsizliyini bu qədər önəm verdiyi bir vaxtda əkin sahələri niyə azalıb? Kifayət qədər ciddi məlumatdır. 2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.

Səbəb nə ola bilər?

Səbəblər haqqında rəsmi açıqlama axtarsam da rast gəlmədim. Odur ki, subyektiv olaraq, bir neçə səbəbi ehtimal edirəm.

Burada ən böyük səbəblərdən biri statistikanın dürüstləşdirilməsi ola bilər. Məsələn, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr bu siyahıdan çıxarılmış, eləcə də çox subsidiya almaq üçün movcud sahələr daha çox yazdırılmış, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxmışdır.

İkinci bir səbəb torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ola bilər ki, bu həmin sahələrin yazlıq əkin sahəsi kimi deyil, kənd təsərrüfatının digər istiqaməti üçün istifadəsi nəzərdə tutula bilər və qarşıdakı aylarda əkin üçün istifadəyə verilə bilər.
Üçüncü səbəb isə iqlim və buna bənzər digər təbii hallarla əlaqəli ola bilər. Amma elmi təcrübələr göstərir ki, adətən bu səbəbdən əkin sahəsinin həcmi maksimum 5% azala bilər.

Ona görə də hazırda 12.8%-lik yazlıq əkin sahələrinin azalmasında yuxarıda qeyd etdiyim hər 3 səbəbin eyni zamanda olma ehtimalı çoxdur. Hətta ola bilər ki, digər faktorlarda burada yer alır.

Bütün hallarda düşünürəm ki, ilin sonunda yekun statistika bütün sualara cavab tapmağa kömək edəcək.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 3022 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +