Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


07.03.2023  18:07 

“Qandi Kamal” Ərdoğanın axırına çıxacaqmı?





A+  A-

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri "Mahatma" Qandi ilə müqayisə olunan Cümhuriyyət Xalq Partiyasının başqanı 74 yaşlı Kamal Qılıncdaroğlunun “Altılı masa”nın vahid namizədi elan olunmasına münasibət bildirən “BBC” yazır ki, daha çox “Qandi Kamal” və ya “Türkiyənin Qandisi” kimi tanınan siyasətçinin bəzi müttəfiqləri onun xalq üçün o qədər də cəlbedici olmadığından qorxurlar…

“BBC” bildirir ki, 1990-cı ildən iqtidarı əldən verən CHP qalib gəldiyi təqdirdə Türkiyəni yenidən parliament respublikasına çevirəcəyini bildirib…

Türkiyədə siyasi qütbləşmənin kəskinləşdiyini vurğulayan “BBC” yazır ki, cənab Qılıcdaroğlu tənqidlərə getdikcə dözümsüz olan cənab Ərdoğana meydan oxumağa hazır olduğunu bəyan edib…

“Qandi Kamal” Ərdoğanın axırına çıxacaqmı? Seçkiyə daha bir şey qalmadı...
“Ekathimerini.com” saytı isə yazır ki, müxalifət blokun ikinci ən böyük partiyasına rəhbər olan keçmiş daxili işlər naziri Akşenerin Kılıçdaroğlunun yerinə İstanbul və ya Ankaranın məşhur bələdiyyə sədrlərindən birinə üstünlük verirdi: “Kılıçdaroğlu CHP-yə rəhbərlik etdiyi 13 ildə ümumxalq seçkilərində qalib gələ bilməyib. İki bələdiyyə sədri - hər ikisi CHP-dən - Kılıçdaroğlu ilə müqayisədə Ərdoğana qarşı daha yüksək reytinq göstərirdilər”…

Sayt bildirir ki, İYİ Partiya başqanı xanım Akşener İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Ankara Bələdiyyə başçısı Mansur Yavasın vitse-prezidentliyə namizəd olması üçün kompromisə gəlmək məqsədi ilə “Altılı masa”nın digər liderləri ilə müzakirələr aparıb.

Sayt cənab Ərdoğanın “Biz aylar əvvəl dedik ki, belə olacaq. Oturdular, danışdılar və dağıldılar - dediyim kimi də oldu”.

Ancaq açar siyasi fiqur olan xanım Akşener “Altılı masa”ya geri dönməklə bu kimi proqnozları alt-üst etdi…

Elbəyi Həsənli

Xəbər 2915 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +