Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


29.12.2021  13:42 

Azərbaycanda Ermənistan məhsulları...





A+  A-

Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,70 litr müxtəlif spirtli içkilər də olub.

Maraqlıdır, Ermənistan malları ölkəyə hansı yollarla gətirilir?

XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov Modern.az-a məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, məhv edilmiş məhsullar şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilir:

“Məhv edilmiş Ermənistan istehsalı olan məhsullar müxtəlif vaxtlarda qeyri-rezidentlər tərəfindən şəxsi istifadə məqsədilə gətirilərkən saxlanılan məhsullardır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışarkən bildirib ki, Ermənistan məhsulları ölkəmizə başqa ölkədən tranzit vasitəsilə də gətirilə bilər:

“Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmadığı kimi ticarət əlaqəsi də yoxdur. Bu səbəbdən ölkəyə Ermənistan məhsullarının gətirilməsi qadağandır. Əgər belə bir hal baş verirsə, bu yalnız qaçaqmalçılıq yolu ilə edilir. Digər tərəfdən ola bilər ki, başqa dövlətlərdən tranzit vasitəsi ilə gətirilsin.

Heç bir siyasi, iqtisadi əlaqə olmadığı üçün Ermənistan malları Azərbaycanda olmamalıdır. Ağıllı ticarətçi bunu heç zaman etməz. Bu malları gətirən Azərbaycan vətəndaşıdısa, başa düşməlidir ki, hələ danışıqlar gedir. Danışıqların sonun nə ilə nəticələnəcəyi bəlli deyil”.

Xəbər 3539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +