Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir
Bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb


09.03.2019  14:12 

Külli miqdarda mobil telefon ələ keçirildi





A+  A-

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə iki Azərbaycan vətəndaşı tərəfindən müxtəlif malların gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi ölkə ərazisinə keçiriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a daxil olan məlumata görə, Azərbaycan ilə Gürcüstan arasında yerləşən ərazidə iki Azərbaycan vətəndaşı tərəfindən kommersiya məqsədləri üçün gətirilən mobil telefonların müxtəlif şəxslərə paylanılaraq ölkə ərazisinə keçirilməsi qeydə alınıb.

Baş verən qanun pozuntusunun qarşısını almaq məqsədilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıblar. Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd “Sony” markalı “PlayStation 4”, 123 ədəd “Mi 8 Lite” markalı mobil telefon, 10 ədəd “İphone 8” və 1 ədəd “İphone X” markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər. Yuxarıda sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna gətirilib.

Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb.

Xəbər 2972 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +