Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


07.03.2019  12:48 

Heyvanların identifikasiya sistemi yaradılır





A+  A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər. Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan brusellyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. Həmçinin müalicə və profilaktika məqsədi ilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaric olma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü təyin edilir. Qeyd olunan proseslərin idarə olunması üçün bugünədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcəkdir.

Xəbər 3028 dəfə oxunub.




10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +