Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


12.02.2019  23:51 

“Xarici mediaya daha çox müsahibə verməyimin 2 səbəbi var” - VİDEO





A+  A-

“Bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim”.
XəzərNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib:

“Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq.

Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var...

Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq və Azərbaycanı geridəqalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bu təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı güclü, müasir dövlət kimi tanıtdırırıq. Ölkə haqqında həqiqətləri çatdırırıq.

İkinci səbəb odur ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilmiş toplantılarında həm görülmüş işlərə qiymət verilir, ən önəmlisi isə görüləcək işlər haqqında danışılır.

Bugünkü müsahibəmiz də göstərir ki, mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam, bundan sonra da belə olacaq".



Xəbər 3075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +