Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir
Bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb


21.11.2018  12:09 

Edmonton Kanada - Azərbaycan Cəmiyyətinin sədri UABD-də - Fotolar





A+  A-

Edmonton Kanada - Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ofisində olub.
XəzərNews.az xəbər verir ki, UABD sədri Hikmət Cavadovla görüşən S.Musayev Edmonton Kanada - Azərbaycan Cəmiyyətinin Azərbaycanın milli-mədəni dəyərlərinin soydaşlarımız arasında qorunmasına və inkişafına töhfə verən təşkilat olduğunu bildirib.

H.Cavadov dünya azərbaycanlılarının koordinasiyası, Azərbaycanın milli dəyərlərini, mədəniyyətini və tarixini dünya ictimaiyyətinə çatdırmaq, media qurumları ilə əlaqələri gücləndirmək və genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadəyə hazır olduqlarını vurğulayıb. H.Cavadov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi də dünyada yaşayan diaspor təşkilatlarının Azərbaycan naminə birgə fəaliyyətini dəstəkləyir.

Görüşdə Kanadada fəaliyyət göstərən diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyətin davam etdirilməsi, diaspor təşkilatlarının Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi ətrafında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün müzakirələr aparıblar.

Edmonton Kanada - Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) tərəfindən təsis olunan “ADR 100” yubiley medalı ilə təltif olunub. Qeyd edək ki, 04 iyul 2018-ci ildə UABD və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanmışdı. Birgə əməkdaşlıq haqqında sənədi Edmonton şəhərində UABD-nin sədr müavini Elşad İbrahimov və Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev imzalamışdılar.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi dünya azərbaycanlılarının sonuncu qurultayından sonra yaradılıb. Mərkəzin yaradılmasında məqsəd dünyada yaşayan azərbaycanlıların koordinasiya məsələlərini sürətləndirməkdən ibarətdir. Mərkəzə şəxslər yox təşkilatlar üzv olur.





Xəbər 3580 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +