Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


09.05.2018  13:18 

Çaylarda son vəziyyət açıqlandı





A+  A-

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 445 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 166 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, mayın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeyd alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2017-ci il mayın 07-də 360 sm), Şirvanda 173 sm (2017-ci il mayın 07-də 207 sm), Salyanda 99 sm (2017-ci il mayın 07-də 135 sm), Bankədə 167 sm (2017-ci il mayın 07-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il mayın 07-də 57 sm) təşkil edib.

Xəbər 2939 dəfə oxunub.




10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +