Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


23.10.2017  15:34 

Qaçan məhbuslara görə vəzifəli şəxsləri hansı cəza gözləyir?





A+  A-

Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qatar Biləcəri stansiyasında dayananda qaçıb. Onlardan biri narkotik vasitələrin satışı, digəri isə adam öldürmədə günahlandırılır.
Bəs bu kimi hal baş verərsə həbsdən qaçan və onlara cavabdeh olan pentensiar şəxsləri hansı cəza gözləyir?

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu suala cavab tapmaq üçün vəkil Xəyal Bəşirovla əlaqə saxlayıb. Vəkil bildirib ki, qrup halında və planlı halda həbsdən qaçan şəxslərə məhkum olunduqları cəzadan əlavə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası veriləcək:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, azadlıqdan məhrumetmə və yaxud həbs yerindən qaçma hallarına görə onları əlavə həbs müddəti gözləyir. Bu müddət tək insan üçün 2 il, iki və daha artıq məhbus qaçarsa, 2 ildən 6 ilədək nəzərdə tutulub. Əvvəlki cəzaları öz yerində, ancaq qaçan məhbuslar yaxalandıqdan sonra yeni bir maddə ilə cinayət işi başlayacaq və əlavə olaraq 2-6 il müddətində cəza veriləcək.

O ki qaldı Penitensiar Xidmətin əməkdaşlarına, onlar da bu işdə məsuliyyət daşıyır. Araşdırma aparılacaq və vəzifəli şəxsin işə vicdansız və yaxud laqeyd yanaşması, dövlətin, cəmiyyətin qanunla qorunan mənafelərinə zərər yetirdiyinə görə 1500 manatdan 3 min manata kimi cərimə, 2 ilədək ictimai işlər, ən ağır cəza kimi isə 6 ayadək isə azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Xatırladaq ki, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Xəbər 3054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +