Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


02.06.2017  19:58 

“Gürcüstan buna imkan verməz...” - Deputat Əfqan Muxtarlıdan danışdı





A+  A-

“Azərbaycan və Gürcüstan hakimiyyətinə əks olan qüvvələr, bir sıra xarici dairələr və Ermənistan mətbuat vasitələri qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən Əfqan Muxtarlının həbsi məsələsini siyasiləşdirərək iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan dövlət sərhədini pozmasına, qaçaqmalçılığa, hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyinə görə saxlanılıb: “Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri də bəyanatlar verib. Orada da Əfqan Muxtarlının sərhədi qanunsuz keçdiyi üçün həbs edildiyi qeyd olunur. Eyni zamanda rəsmi Tbilisi bildirib ki, bu vaxta qədər Azərbaycan tərəfi hər hansı bir azərbaycanlının Gürcüstanda fəaliyyətinin məhdudlaşdırılması və təhvil verilməsi ilə bağlı müraciət etməyib. Bununla bağlı yayılanlar şayiədir”.

Ə.Amaşovun sözlərinə görə, Gürcüstan ictimai-siyasi xadimləri də bəyan edirlər ki, bu hadisəni siyasiləşdirmək lazım deyil: “Ümumiyyətlə Gürcüstan öz ərazisindən heç bir beynəlxalq təşkilata, heç bir quruma yaxın qonşusu, strateji tərəfdaşı olan Azərbaycana qarşı təbliğat aparılmasına imkan verməyəcəyini bəyan edir. Lakin erməni mətbuatı həmişə Gürcüstan və Azərbaycan münasibətlərinə xələl gətirən materiallar yazır və bu hadisədən də yararlanmağa çalışır. Gürcüstan rəhbərliyi bütün bunları yaxşı bilir və heç zaman imkan verməz ki, Gürcüstandan Azərbaycana qarşı istifadə olunsun, iki ölkə arasında münasibətlərə xələl gəlsin”.

Xəbər 2981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +