Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir
Bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb


29.03.2017  09:46 

Baş nazir qaydaları sərtləşdirdi





A+  A-

Baş nazir Artur Rasizadənin qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əlavələr edilib.
XəzərNews.az xəbər verir ki, qaydalara əlavə olunan yeni bənddə qeyd olunur: “Kənd təsərrüfatı idarələrinin vəzifəli şəxsləri istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Həmçinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”na da analoji əlavı edilib: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri mineral gübrələrin, biohumusun və pestisidlərin alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Xəbər 2623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +