Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


01.08.2025  17:18 

“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi





A+  A-

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.

XəzərNews.az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.

Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

İstintaq materiallarında yazır ki, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan guya tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.

Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil… Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.



Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.

Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.

Kənan məhkəmədə təqsirini qismən etiraf edib, yalnız uşağı 7-ci mərtəbədən aşağı sallayaraq ölümlə hədələdiyini inkar edib. Bütün hərəkətləri də uşaqları tərbiyələndirmək üçün etdiyini deyib. İşgəncə görən azyaşlı uşaqlar da qanuni nümayəndənin iştirakı ilə məhkəmədə ifadə veriblər. Bacı-qardaş hakim qarşısında onlara verilən dəhşətli işgəncələri etiraf ediblər.

İttiham digər şahidlərin ifadələri ilə də təsdiqini tapıb.

Məhkəmənin hökmü ilə Kənan Abdullayev əzab verməkdə və sağlamlığa ağır zərər vurmaqla hədələməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

Xəbər 863 dəfə oxunub.




10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +