Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir
Bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb


12.07.2025  03:08 

“Air India“ təyyarəsinin qəzaya uğramasının təfərrüatları məlum olub





A+  A-

"Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğraması havaya qalxdıqdan sonra mühərriklərə yanacaq təchizatı kəsilməsi səbəbindən baş verib.

XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə qəzanın ilkin təhqiqatına dair hesabatda deyilir.

Sənədə əsasən, havaya qalxandan az sonra mühərriklərə yanacaq verilməsi dayandırılıb və bu, pilot kabinəsində çaşqınlıq yaradıb. Qeyd olunur ki, 1 və 2-ci mühərriklərə yanacaq verilməsi təyyarənin maksimal sürətə çatmasından dərhal sonra kəsilib.

Təyyarə bundan dərhal sonra qəzaya uğrayıb. Pilotlar mühərriklərdən birini işə sala biliblər, lakin bu, sürətin kəskin azalmasının qarşısını almağa kömək etməyib. Həmçinin, "Boeing"in uçuş zonasında mühərrikə əngəl ola biləcək heç bir quş müşahidə edilməyib.

Bundan əvvəl mülki aviasiya üzrə dövlət naziri Murlidhar Mohol bildirib ki, Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8" Dreamliner təyyarəsinin qəzaya uğramasının mümkün səbəblərindən biri təxribat hesab olunur.

Xatırladaq ki, AI171 reysi ilə Londona uçan "Boeing 787" təyyarəsi qalxışdan dərhal sonra yaşayış bölgəsinə düşüb. Onun göyərtəsində 242 nəfər - 230 sərnişin və 12 ekipaj üzvü olub. Qəza nəticəsində yalnız bir nəfər sağ qalıb, göyərtədə olan digər sərnişinlər, ekipaj üzvləri, bort bələdçiləri həlak olublar. Bundan əlavə, təyyarə tələbə yataqxanasının damına düşdüyü üçün yerdə də həlak olanlar var - ümumilikdə 310 nəfər.

Xəbər 1173 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +