Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


01.05.2025  17:34 

Müğənni həkimdən 14 min manatını istəyir





A+  A-

Son vaxtlar plastik cərrahlardan şikayətlərin ardı-arası kəsilmir. Növbəti şikayətçi isə “İlanlı qız” ləqəbi ilə tanınan müğənni Günəşdir.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı sosial şəbəkədə video paylaşıb.

Müğənninin sözlərinə görə, plastik cərrah Əmiraslan Əmiraslanov İnternational Medical Center 2-də onu yanlış əməliyyat edib:

"O, ilk əməliyyata görə məndən 9 min manat aldı, ancaq çek təqdim etmədi".


Şikayətçi qeyd edib ki, əməliyyatdan sonra bədənində böyük çapıqlar və dəri sallantıları yaranıb. Həkim heç yerdə paylaşım etməməsi müqabilində onu növbəti dəfə əməliyyatı edəcəyini deyib və əlavə 5 min manat alıb. Günəş ikinci əməliyyatın da uğursuz olduğunu, nəticədə bədənində çirklənmə baş verdiyini və vəziyyətinin ağırlaşdığını deyib.

“Əmiraslan Əmiraslanov mənim başıma oyun açıb. İkinci əməliyyatdan sonra da bədənimdə çirklənmə baş verdi, çox pis hala düşdüm. Pulumu tələb etdiyim halda bu insan mənim geyimsiz şəklimi sosial şəbəkələrdə açıq formada paylaşdı. Hansı xanımı geyimsiz formada paylaşmaq olar? Kim icazə verib bu həkimə ki, belə özbaşınalıq etsin, şantaj etsin? Bu qəssab həkimdən tələbim odur ki, 14 min manatımı versin".

Məsələ ilə bağlı İnternational Medical Center 2 ilə əlaqə saxladıq. Klinikanın xanım əməkdaşı bildirdi ki, Əmiraslan Əmiraslanov orada işdən ayrılıb:

"Əmiraslan doktor artıq 1-2 aydır ki, bizdə fəaliyyət göstərmir. İşləməməsinin səbəbi isə nə o əməliyyat, nə də həmin xanımdır. Özü öz istəyi ilə işdən çıxıb. Həmin xanımın işi hazırda Ağdam Rayon Məhkəməsində icradadır. Məhkəmədə də sübut olunub ki, həmin əməliyyatda həkimin heç bir səhvi olmayıb. İki dəfə məhkəmə keçirilib və hazırda proses davam edir. Ən son qərar isə hələ verilməyib”.

Plastik cərrah Əmiraslan Əmiraslanovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Xəbər 4042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +