Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü
30 gün düşünmək, araşdırmaq nəyə lazımdır? - Deputat
Əliyevlə Putin səmimi şəkildə qucaqlaşdılar - Video
Bakıda həbs edilən İqor Kartavıx sərbəst buraxılıb
Deputatla spiker arasında maraqlı dialoq
Rusiya tərəfi Məmmədəli Ağayevi azadlığa buraxıb
Deputat Ramil Həsən mandatından imtina edib
Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Əminə Yusifqızı ilə vida mərasimi keçirilir


06.03.2025  10:33 

Müdhiş planı: Yanmış “Galik”lə kredit götürdülər





A+  A-

Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış “Mercedes G-63” markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş “Mercedes G-63” markalı avtomobili ucuz qiymətə alıblar. Sonra “Hollyvood-Cars” şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.

Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər. Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.

Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını “Hollyvood-Cars” şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.

Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.

Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.

Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.

Xəbər 3390 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +