“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


13.05.2025  10:32 

Proseslər III Dünya Müharibəsinə aparır... – Şərh





A+  A-

“ABŞ prezidenti D.Trampın Rusiyaya, V.Putinə münasibətinin daha çox ritorika olduğu aydınlaşır. Prezident D.Tramp həm Ukraynanın xeyrinə, həm də Rusiyanın ziyanına qarşı maliyyə sanksiyaları tətbiq edəcəyini bildirib”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, Çin ABŞ-Rusiya münasibətlərindən ehtiyatlanır, qorxur:

“Rusiyanın Koreya Xalq Demokratik Respublikasının hərbçilərindən Kurskun azad olunmasında istifadə olunması və sonradan bunu hərbi ittifaq, qardaşlıq əlaqəsi kimi təqdim etməsi Rusiyanın KXDR-lə ciddi niyyətlərə malik olduğunun göstəricisidir. İndi müasir geosiyasi mübarizə prizmasından KXDR-in Rusiya üçün çox orijinal mövqeyi var. KXDR həm Çin, həm də ABŞ-la qonşudur”.

Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamenti KXDR hərbçilərinin Ukrayna böhranında iştirakından ciddi narahatdır, mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlama yaydı:

“Müasir Avropa liderlərinin davranışı I Dünya müharibəsi ərəfəsindəki vəziyyəti yada salır. O zaman da heç kəs müharibədən qorxmurdu, müharibəni zəruri hesab edənlər də var idi. Heç kəs də I Dünya Müharibəsinin dörd il davam edəcəyini düşünmürdü. O zaman da bu fikirlərin önündə Almaniya liderlik edirdi. İndiki proseslərin inkişaf edib III Dünya Müharibəsinə çevrilməsini çox ehtimallı hesab etmək olar”.

Zəhra
XəzərNews.az




Xəbər 1353 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +