Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


05.12.2023  08:31 

Nəcibə Behbudovanın məzarı dağılıb





A+  A-

“Bəyin oğurlanması” filmində Bibixanım obrazı ilə yaddaşlara həkk olunan Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Xəzərnews.az Bakutv-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Son üç gündə güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, baş daşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir. Aktrisa 1999-cu ildə dəfn olunub. Çürüntü daşda olan boşluq 20-30 ildən sonra özünü büruzə verir”.

Bildirilib ki, bələdiyyə əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yeni məzar daşı qoyulacaq.

Qeyd edək ki, Əməkdar artist Nəcibə Behbudova 1999-cu il dekabrın yeddisində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa dünyaşöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat” və “Ulduz” kimi bir çox filmlərdə rol alıb.


Xəbər 2476 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +