Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


15.03.2017  13:14 

Şirkət rəhbəri məhkəmədə uzanaraq iştirak etdi - Bakıda





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev məhkəməyə xərəkdə gətirilib. Bildirilib ki, onun belində yırtıq əmələ gəldiyi üçün otura və yeriyə bilmir. B.Vəliyev prosesi uzanaraq izləyib.

Məhkəmədə sübutların tədqiqi mərhələsi davam etdirilib və hakim qalan sənədləri hamısını elan edib. Bununla da bu mərhələ başa çatıb.

B.Vəliyevin vəkili vəsatət verərək müvəkkilinin cərrahiyyə əməliyyatı olunması üçün şərait yaradılmasını istəyib. Vəsatət təmin olunmayıb, hakim bildirib ki, bu, Penitensiar Xidmətin səlahiyyətində olan məsələdir.

V.Zeynalov vəkili Ceyhun Yusifovun məhkəmənin öz təşəbbüsü ilə B.Vəliyevi ev dustaqlığına buraxması təklifinə hakim aqressiv reaksiya verib: “Siz Vidadi Zeynalovun vəklisiz. Bu məsələ müzakirə olundu və bitdi”.

Bayram Vəliyev məhkəmənin qərarına etiraz edib: “Mən nə edim, özümü doğrayım? Həkimlər də deyir bu məhkəmənin işidir. Nə MTN işçisiyəm, nə də rabitə. Ev dustaqlığı da istəmirəm, bircə günlük icazə verin, əməliyyat olunum, yenə geri qaytarın”.

Hakim yenə də bu məsələnin Penitensiar Xidmətin həkimlərinin işi olduğunu bildirib.

Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.

Mələk Abbasova və Turanə Xalıyeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.

***

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.

***

Məlumata görə, tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanıyevanın xalası və xalası qızıdır, digər şəxsin kimliyi hələ ki, açıqlanmır.

***

Mələk Abbasovanın isə Cəlilabad rayonundan olduğu bildirilib.

Xəbər 3280 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +