Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


16.08.2021  16:20 

Baş pediatrdan uşaqlar arasında yayılan infeksiya haqda açıqlama





A+  A-

Son günlər sosial şəbəkələrdə uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəliyin yayıldığı bildirilir.
Valideynlər həkim müdaxiləsi olmadan infeksion xəstəliyə qalib gəlməyin mümkün olmadığını qeyd edirlər. Sadalanan əlamətlərlə xəstəxanalara da xeyli müraciətin olduğu deyilir. Uşaqlarda koronavirus infeksiyasının da bu əlamətlərlə ortaya çıxdığını nəzərə alsaq, azyaşlıların da bu halda COVID-19 testi verməli olduqları bildirilir.

Uşaqlar arasında yayılan xəstəliyin mövsümlə əlaqəli infeksiya, yoxsa koronavirus olması valideynlər arasında müəyyən təşvişə səbəb olub. Bunu nəzərə alıb ölkənin Baş pediatrı Erkin Rəhimovla əlaqə saxladıq. Həkimin “Qafqazinfo”ya bildirdiyinə görə, sadalanan əlamətlər varsa, mütləq koronavirus çıxacaq deyə bir şey yoxdur. Valideynlər belə halla rastlaşırlarsa, birinci növbədə həkimə müraciət etsinlər:

“Koronavirus testi ölkədə çox yerdə aparılır, bunun üçün test etmək lazımdır. Əgər PCR testinin nəticəsi müsbət çıxarsa, diaqnoz təsdiqlənir və müalicə ona görə aparılır. Bununla yanaşı, həmin əlamətlər yay aylarında daha çox müşahidə olunan rotavirus və adenavirus kimi infeksiyalarla da bağlı ola bilər. Onların müalicə taktikası bir qədər fərqlənir. Ona görə də əsas məsələ odur ki, bu cür əlamətlər olarsa, valideynlər ilk növbədə həkimə müraciət etsinlər”.

Belə əlamətlərlə xəstəxanaya müraciət edənlərin hansı hissəsinin koronavirus infeksiyasına yoluxmasına gəlincə isə, həkim bildirib ki, bununla bağlı dəqiq statistikası aparılmır:

“Uşaqlarda virus infeksiyaları özünü hər cür biruzə verə bilər. Valideyn özü qərar verməməli və bu işi həkimə buraxmalıdır. Həkim diaqnoz qoyduqdan sonra ona yönəlmiş müalicə aparıla bilər. Təhlükə faiz olaraq çox aşağıdır, amma yenə də təhlükə var. Çünki bəzi xəstəliklər ağırlaşa bilər, xəstəxanaya yatışa ehtiyac ola bilər. Ona görə də həkimə müraciət şərtdir”.

Qeyd edək ki, baş pediatr uşaqlar arasında yayılan virusla əlaqədar valideynlərə çağırış edərək onları maarifli olmağa səsləmişdi. Onun sözlərinə görə, uşağın yuxu rejiminə, vaxtını ekran arxasında keçirməsinə diqqət edilməli, sosial məsafə, əl təmizliyi izah olunmalıdır. Həkim həmçinin bildirmişdi ki, valideynlər uşaqları idmana yönəltsələr yaxşı olar.

Xəbər 2544 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +