Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


14.11.2019  16:20 

Dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir





A+  A-

BMT-nin baş katibi Antonio Quterreşin Ümumdünya Diabetlə Mübarizə günü ilə əlaqədar müraciət ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, baş katib dünyada 420 milyondan çox insanın diabetdən əziyyət çəkdiyini diqqətə çatdırıb:

“Müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır. Bundan əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.

Diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına kölgə salır, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur qoyur”.

Antonio Quterreş qeyd edib ki, 2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdə bir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr, bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar:

“Xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də eləcə də 2030-cu ilə qədər Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatına nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.

Ümumdünya Diabetlə Mübarizə Günündə, dünyada diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm”.

Xəbər 1699 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +