Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


16.02.2019  10:21 

Nazir Neftçalada vətəndaşları qəbul etdi





A+  A-

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
XəzərNews.az-a daxil olan məlumata görə, qəbuldan əvvəl S.Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə imzaladığı yeni fərman və sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əmək haqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. O, həmin sənədlərdən irəli gələn tapşırıqların icrası sahəsində görülən işlər, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin şəffaflaşdırılması üçün aparılan islahatlar barədə məlumat verib.

Aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından bəhs edən nazir ötən il məşğulluq orqanları vasitəsilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edildiyini, 41 nəfərin peşə hazırlığının təşkil olunduğunu, 614 ailənin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. S.Babayev bildirib ki, dövlət başçısının təşəbbüsü ilə cari ilin yanvar ayında icrasına başlanılan “İşsizin DOST-u” proqramı 30 minədək işsiz şəxsin əmək müqaviləsi üzrə ödənişli ictimai işlərə cəlb olunmasını nəzərdə tutur. Onlardan artıq 25 mindən çox şəxsin əmək müqaviləsi ilə bu işlərlə təminatı həyata keçirilib. Proqrama əsasən Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də işsiz şəxslər ödənişli ictimai işlərə cəlb olunurlar.

Xəbər 2857 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +