Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


10.01.2018  09:17 

Təcrübəsiz həkimlərlə bağlı AÇIQLAMA





A+  A-

"Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Öd kisəsi əməliyyatının kifayət qədər ciddi olduğunu vurğulayan M.Kazımi deyib ki, sadə öd kisəsi əməliyyatının fəsadları ən pis bədxassəli xərcəng xəstəliyinin əlamətlərindən pis ola bilər:

"Son zamanlar Bakı şəhərinin müxtəlif tibb müəssisələrində laparoskopik xolesistektomiya əməliyyatını icra edəcəyini deyən çox "cəsarətli", amma təcrübəsi olmayan həkimlər nəyinsə xatirinə öd kisəsi və öd yollarını əməliyyat edirlər. Nəticədə də xəstələrdə ciddi fəsadların yaranmasına səbəb olurlar. Lakin istər həkimlər, istərsə də xəstələr "öd kisəsi sadə əməliyyatdır" deyərək buna ötəri yanaşmamalıdırlar".

M.Kazımi Azərbaycanda bəzi həkimlərin başqa bir səhv üsuldan istifadə etdiklərini də söyləyib. Onun sözlərinə görə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, qaraciyərin serrozu portal hipertenziyaya səbəb olur. Bunun nəticələrindən biri dalağın ölçülərinin böyüməsidir: "Çox təəssüf ki, həkimlərimiz qaraciyər serrozu zamanı xəstələrə dalağın çıxarılmasını məsləhət görürlər. Bu, çox səhv yoldur və daha ciddi fəsadlara yol aça bilər. Çünki qaraciyər serrozunda dalağın böyüməsinə səbəb portal hipertenziyadır, daxili orqanlarda təzyiqin artması nəticəsində dalaq böyüyür. Qaraciyər serrozu zamanı dalağın çıxarılması gələcəkdə həmin şəxsin transplantasiya imkanının olmamasıdır. Ona görə də xəstələr ehtiyatlı olmalıdırlar ki, belə əməliyyat onlar üzərində aparılmasın".

Xəbər 1708 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +