Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


29.09.2017  12:36 

AFFA-dan Avroliqa finalı üçün Bakıya gələnlərə GÜZƏŞT





A+  A-

Sentyabrın 20-də UEFA-nın XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutub.
XəzərNews.az xəbər verir ki, tədbir Azərbaycan futbolu üçün önəmli hadisəylə yadda qalıb.

Azərbaycan üçün daha önəmli qərar İK-nın Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verilib. 2019-cu ildəki Avropa Liqasının finalına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Lakin qərardan sonra UEFA-nın bu haqda rəsmi hesabatında ölkəmizin qonaqlar üçün xərcə düşəcəyi yazılıb. Belə ki, qurumun saytında verilən hesabatda otel qiymətlərində artım olarsa, bunu AFFA-nın ödəyəcəyi göstərilib.

Məsələ ilə bağlı AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. “Qafqazinfo”ya açıqlamasında qurum rəsmisi bunları dedi: “Həmin hesabatda yazılanlardan xəbərimiz var. Amma məsələnin başqa tərəfləri var. Əgər UEFA Avropa Liqasının Bakıda keçiriləcəyi vaxt ölkəmizdə başqa tədbir olarsa və həmin tədbir səbəbindən otellərin qiymətində hər hansı bahalaşma olarsa, bunu AFFA ödəyəcək. Üstəlik, bu azarkeşlərə aid deyil. Çünki azarkeşlərin əksəriyyəti ucuz otellərdə, hostellərdə qala bilər. Biz bunu necə müəyyənləşdirəcəyik. Bu qərar yalnız UEFA nümayəndələrinə aiddir. Artıq bizimlə əməkdaşlıq edən otellərlə bu barədə danışmışıq. Onlar bildiriblər ki, həmin vaxt otellərin qiymətində artım olmayacaq”.

Xəbər 1464 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +