Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


29.09.2017  10:08 

Oğuzda bu küçədən keçənlər baş əyir - VİDEO





A+  A-

Oğuz rayonuna mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib.
XəzərNews.az ARB TV-yə istinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur. Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı “Azəriqaz”ın, “Azəriqaz” isə icra hakimiyyətinin üstünə atır.

Əslində, oxşar problem bir çox rayonlarda yaşanır. Hətta bəzi yaşayış evlərində həyətə girişi bağlayan qaz xətlərini görmək mümkündür. Aidiyyəti qurum isə bildirir ki, layihə işlənərkən sakinlərin rəyini nəzərə alaraq, hər evdə bir giriş qapısı üçün yer müəyyən olunur. Bir müddət keçdikdən sonra isə ikinci qapının açılması və ya qapı yerinin dəyişdirilməsi problemlərə gətirib çıxarır.

Digər problem isə bəzi küçələrdə qaz boruları ilə elektrik xəttləri arasında məsafənin az saxlanılmasıdır.


Xəbər 1516 dəfə oxunub.





10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +