16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama


28.09.2017  11:08 

“Azərişıq” gücləndirilmiş rejimə keçdi





A+  A-

Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
XəzərNews.az xəbər verir ki, bunu "Qafqazinfo"ya ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. T.Mustafayevin bildirdiyinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşaiyət olunan qar və sulu qarın yağmasına baxmayaraq elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb. O cümlədən Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.

“Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq “Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda da bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”-ASC rəsmisi deyib.

Tanrıverdi Mustafayev əlavə edib ki, “Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülüb.

Xəbər 1613 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +