16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama


23.09.2017  13:25 

Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq





A+  A-

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazovadeyib.

O bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb. "Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsini morq xidməti həyata keçirəcək".

Şahnaz Şahbazova qeyd edib ki, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

"Lütfi Zadənin nəşi Heydər məscidinə aparılacaq və orada cənazə namazı qılınacaq. Daha sonra onunla Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq".

Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

Xəbər 1639 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +