Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi -Video
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava


30.06.2017  15:12 

65 kilo ət yandırıldı





A+  A-

21 iyun 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət baytarlıq nəzarəti xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyi və daxili orqanları müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamı ilə yararsız olması müəyyən edilib.

Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Xəbər 1477 dəfə oxunub.




08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +