Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq
Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi
Rusiyada avtomobil bazarı çökür


23.06.2025  11:35 

QMİ Məhərrəm ayı ilə bağlı fətva verib





A+  A-

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə bağlı fətva verib.

XəzərNews.az xəbər verir ki, fətvada Məhərrəm ayının iyunun 26-da başlayacağı bildirilir.

“Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir”, - fətvada bildirilir.

Xəbər 1889 dəfə oxunub.



09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür

08.07.2025  17:13 

Şəkidə TIR yandı


BÜTÜN XƏBƏRLƏR +