Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


20.12.2023  17:12 

“Kanal 13”ün bloklanmasına qərar verilib





A+  A-

Rəhbəri saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən “Kanal 13” internet televiziyasının ölkədə yayımı məhdudlaşdırılıb.

Bu barədə jurnalist Aytən Məmmədova məlumat verib.

Bildirilir ki, “Youtube”da fəaliyyət göstərən “Kanal 13” internet televiziyasının ölkədə yayımının bloklanması məqsədi ilə istintaq məhkəməyə vəsatət verib, məhkəmə vəsatəti təmin edib.

“Azadlıq Radiosu”bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) dekabrın 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib. Məktubda iddia olunub ki, bu kanalda müxtəlif dövlət orqanlarında çalışan şəxslər haqqında yanlış və onları nüfuzdan salan məlumatlar yayılır.

"Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib...", - DİN bloklanma tələbini belə əsaslandırıb.

Sözügedən media qurumunun rəhbəri Ə.Orucovun hazırda təqsirləndirilən şəxs statusunda həbsdə olması da məktubda yer alıb.

Ardından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də Ə.Orucovun rəhbərlik etdiyi media portalına girişin məhdudlaşdırılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail rayon Məhkəməsi dekabrın 11-də iddianı təmin edib.

Ə.Orucovun vəkili Bəhruz Bayramov isə bildirib ki, belə bir məhkəmənin keçirilməsindən xəbərləri olmayıb:

“Bizə nə nazirliyin iddiası, nə də məhkəmə prosesinin keçirilməsi barədə məlumat verilib. Məlumat verilsəydi, iştirak edər, etirazımızı bildirərdik. Dəqiqləşdirəcəyəm, belə bir qərar varsa, mütləq apellyasiya şikayəti verəcəyik”.

Qeyd edək ki, noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Bir gün sonra – noyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ötən gün – dekabrın 19-da isə Əziz Orucova, daha bir ittihamın verildiyi məlum olub. Belə ki, ona qarşı həmdə Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, daha əvvəl saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilmiş jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və ictimai fəal Məhəmməd Kekalova da Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham irəli sürülüb./Yeniavaz.com

Xəbər 6072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +