Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


16.12.2023  02:55 

Almaniya üç ölkə ilə sərhədində gücləndirilmiş nəzarət rejimini martın 15-dək uzadıb





A+  A-

Almaniya Şengen Sərhədləri Məcəlləsinin 25-ci maddəsinə əsasən, qeyri-qanuni miqrant axınının məhdudlaşdırılmasına kömək məqsədilə ölkəyə Polşa, Çexiya və İsveçrədən gələnlərə qarşı müvəqqəti daxili nəzarəti gələn il martın 15-dək uzadıb.

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

“Bu gün Polşa, Çexiya və İsveçrə ilə sərhədlərimizdə 2024-cü ilin mart ayının ortalarına qədər daha üç ay müddətinə müvəqqəti nəzarətin davam etdirilməsi ilə bağlı qərar qəbul etmişəm” – deyə, Almaniyanın daxili işlər naziri Nensi Fezer qeyd edib.

N.Fezer bu tədbirlərin tətbiq olunduğu oktyabr ayının ortalarından etibarən alman polisinin təxminən 340 qaçaqmalçını saxladığını bildirib.

“Ölkəyə qanunsuz girişlərin sayı 60 faizdən çox azalıb", - deyə Almaniya daxili şlər naziri əlavə edib.

Bundan əlavə, o, miqrantlara sığınacaq verilməsi üçün vahid Avropa sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.

Almaniya-Avstriya sərhədində müvəqqəti daxili sərhəd nəzarəti də davam edir. Onun müddəti 11 may 2024-cü il tarixinədək davam edəcək.

2023-cü ilin əvvəlindən Almaniya polisi ölkəyə 119 min icazəsiz giriş faktı qeydə alıb. Ötən il bu göstərici 92 min təşkil edib.

Xəbər 2869 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +