Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


21.11.2023  18:41 

Rəmişin pulunu saydılar çörək, dərman almağa pul tapmadıq -Rəmişin Xanımı





A+  A-

"O qədər Rəmişin pulunu saydılar, axırda çörək almağa, dərmanlarını almağa pul tapmadıq".

Xəzərnews.az bildirir ki, bu sözləri Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

O, mərhum sənətkarın evinin satılması xəbərini yayanlara səslənib:

"Yazırlar ki, evi 280 minə satıram. O evin qiyməti uzağı 150 min edir. Bu ev villa deyil, adi evdir. İkincisi də, evi satdım-satmadım, kimə nə dəxli var axı? Vaxtında Rəmişin harada yatıb-durduğu, nə yeyib-içdiyi barədə niyə maraqlanan yox idi?

O qədər Rəmişin pulunu saydılar, axırda çörək almağa, dərmanlarını almağa pul tapmadıq. Evimdə, əlimdə nəyim vardı, satdım, dərman aldım ki, Rəmişi yaşada bilim. Maşında yatırdıq, evimiz-eşiyimiz yox idi, onda gətirib bizə çörəkpulu verən tapılmırdı.

Rəmiş indi yadlarına düşüb? Oğurluq etmirəm, ev yıxmıram, öz evimdir, satanda kiməsə hesabat verməliyəm? Rəmişi çərlədib öldürdülər, indi də məni çərlədib öldürmək istəyirlər.

Əl çəksinlər yaxamdan, yoxsa, buradan deyirəm, intihar edəcəm. Qabaqcadan da məktub yazıb qoyacam. Bu ev söhbətini yığışdırın, məni boğaza yığmayın, imkan verin, əlimin zəhməti ilə, min bir əziyyətlə çörəkpulumu qazanım".


Xəbər 2565 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +