Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


11.05.2023  13:22 

Putin “hərbi cinayətkar” kimi tanınsa... - Tramp açıqladı





A+  A-

Hazırda Moskva ilə Kiyev arasında münaqişənin həlli prosesi getdiyi bir vaxtda Ukrayna ərazisində xüsusi əməliyyata başlamaqda Rusiya prezidenti Vladimir Putini günahlandırmağın vaxtı deyil.

XəzərNews.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp CNN telekanalının efirində bəyan edib.

Tramp bunun indi müzakirə edilməli bir şey olmadığını vurğulayıb. Onun fikrincə, əgər Putin “hərbi cinayətkar” kimi tanınsa, o zaman Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlamaq xeyli çətinləşəcək.

ABŞ-ın eks-prezidenti münaqişə tərəflərindən hansını dəstəkləməyə hazır olduğuna da birbaşa cavab verməyib. Tramp deyib ki, o, “insanların ölməsini dayandırmasını” istəyir. Keçmiş amerikalı lider əlavə edib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəldikdən sonra döyüşləri “24 saat ərzində” bitirə biləcək.

Xəbər 2503 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +