Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


17.05.2022  13:27 

Şeyxin qudası Rəsul Quliyevə uduzdu





A+  A-

Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri İbrahimov Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, məhkəmə Qalib Salahzadə və digərlərinin iddialarını təmin etməyib.

İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.

Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlərin boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Q.Salahzadə bildirib ki, mübahisəli ərazidə GAP lideri Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

Q.Salahzadə məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.

Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır./Qafqazinfo

Xəbər 7312 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +