Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


15.05.2022  11:09 

Bu qəsəbədə nə məktəb, nə aptek, nə də tibb məntəqəsi var - Video/Şikayət





A+  A-

Bakının Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsinin sakinləri qəsəbədə məktəbin olmamasından narazıdır.

Onlar deyir ki, qəsəbədə yaşayan 200-ə yaxın şagird Qızıldaş qəsəbəsindəki məktəbə getməyə məcbur qalıb.

Sakinlərin sözlərinə görə, qəsəbədə dördillik məktəb fəaliyyət göstərsə də sonradan fəaliyyəti dayanıb.

Sakinlər həmçinin qəsəbədə aptekin, tibb məntəqəsinin olmamasından da şikayətçidirlər.

İcra hakimiyyətinin nümayəndəsi Emil Abbasov sakinlərin problemlərindən xəbərdar olduğunu deyib.

Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsindən BBC-yə bildirilib ki, Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin iki ibtidai sinfi fəaliyyət göstərib, amma həmin siniflərdə şagird sayı az olduğundan bağlanıb. Bakı şəhər Təhsil İdarəsi deyir ki, əgər Şonqar qəsəbəsində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər.

Videonu BBC News Azərbaycanca üçün Bakıdan Əminə Məmmədova çəkib.



Xəbər 9562 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +