Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


07.10.2020  13:46 

“Döyüş Ermənistan ərazisində aparılmır” - Putin





A+  A-

“Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində deyib.

Putin qeyd edib ki, münaqişə tərəfləri Rusiyaya yad deyillər: "Rusiya ərazisində 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyəti hər 2 respublika ilə dost və hətta qohumluq əlaqələri saxlayırlar. İnsanların ölümü, itkinin artması böyük faciədir".

Rusiya tərəfləri Dağlıq Qarabağ ərazisindəki döyüş əməliyyatlarını dayandırmağa çağırıb:

"Biz ümid edirik ki, bu münaqişə yaxın zamanda həll ediləcək. Amma bütünlüklə həll edilməsə belə, biz tərəfləri atəşi dayandırmağa çağırırıq. Bunu maksimum tez icra etməliyik".

O həmçinin xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: "Bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Rusiyanın öhdəliklərinə gəlincə, biz həmişə bu öhdəlikləri yerinə yetirmişik, yetiririk və yetirəcəyik".

Putin qeyd edib ki, daim Ermənistanın Baş naziri Nikol Paşinyanla iş əlaqəsi saxlayır: "Ermənistan rəhbərliyində Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur".



Xəbər 4002 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +