Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


06.09.2019  11:04 

Əflatun Amaşov parlamentdə yenidən saytların məsələsini qaldıracaq





A+  A-

“Media ombudsmanı ilə bağlı bir neçə dəfə parlamentdə fikirlərimi, irad və təkliflərimi səsləndirmişəm. Hələlik elə bir yenilik yoxdur”.
XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov media ombudsmanı ilə bağlı danışarkən bildirib:

“Ancaq Milli Məclisin payız sessiyalarında media ombudsmanı ilə bağlı təkliflər səslənərsə, mən də öz fikirlərimi bildirəcəm”, - deyə deputat əlavə edib.

Əflatun Amaşov onlayn mediadan da söz açıb:

“Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirəcəyini söyləyib:

“Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki, bu mövsümdən başlayaraq Milli Məclisdə məsələ gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən, hər hansı onlayn internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır:

“Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.

Xəbər 3109 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +